Məxfilik siyasəti
“Nine Senses” MMC veb-saytından istifadə edən və xidmət göstərilən şəxslərin məxfiliyini qoruyur. Bu Məxfilik Siyasəti toplanan və ya təqdim edilən şəxsi məlumat növlərini və bu məlumatların toplanması, istifadəsi, qorunması və açıqlanması, habelə şəxsi məlumatların necə toplandığını, istifadə edildiyini və paylaşıldığını anlamağa və mövcud olan məxfilik hüquqlarının həyata keçirilməsinə kömək etmək üçün nəzərdə tutulmuşdur.
- Əldə edilən məlumat
- Veb-saytdan və Xidmətlərdən istifadə edilən, ödəniş həyata keçirilən zaman şəxsi məlumat da daxil olmaqla, istifadəçidən müəyyən məlumatlar əldə edilə bilər. Bu məlumatlara daxildir:
- Şəxsi məlumatlar – şəxsi müəyyən etmək üçün istifadə olunan və ad, e-poçt ünvanı, fiziki ünvan, telefon nömrəsi, təsvir, audio və ya video məlumatlar;
- Maliyyə məlumatları – ödənişin həyata keçirilməsi üçün kredit kartı məlumatı və ya ödəniş detalları;
- Demoqrafik məlumatlar – yaş, doğum tarixi, cins və bizə təqdim edilən digər xüsusiyyətlərlə bağlı məlumatlar;
- Marketinq məlumatları – Şirkətin fəaliyyət, tədbir və nəşrləri haqqında məlumat almaq üçün seçimlər və hansı əlaqə vasitələri ilə müraciət edildiyinə dair məlumatlar;
- Avtomatik və ya digər şəxslərdən toplanan məlumatlar – İnternet protokolu (IP) ünvanı, istifadəçi parametrləri, MAC ünvanı, kuki identifikatorları, mobil operator, mobil reklam və digər unikal identifikatorlar, brauzer, əməliyyat sistemi və ya cihaz haqqında təfərrüatlar, ümumi yer məlumatı, İnternet xidmət provayderi, səhifələr, xidmətlərdən istifadədən əvvəl, istifadə zamanı və sonra ziyarət edilən, kliklənən keçidlər haqqında məlumat və Xidmətlərdən necə istifadə etdiyinizə dair digər məlumatlar;
- Digər məlumatlar – tərəfinizdən daxil edilən və ya hər hansı əməliyyatın icrası, yaxud danışıqlar aparılarkən və ya sorğuların keçirilməsi üçün zəruri olan əlavə məlumatlar.
- Kukilər
- Bir çox onlayn xidmətlər kimi, Şirkət də veb-saytın istifadəsi ilə bağlı geolokasiya və veb-saytın müəyyən sahələrinə nə qədər tez-tez daxil olunduğu kimi müəyyən məlumatları toplamaq üçün kukilərdən istifadə edə bilər. Kukilər vebsayt ziyarətçilərinin seçimlərini saxlamaq üçün onların kompüter brauzerlərində yerləşdirilən kiçik mətn fayllarıdır. Bununla da veb-saytın hansı hissəsinə daxil olunduğunu və istifadəçinin özünə uyğun dəyişikliklər etdiyini müəyyən etmək, növbəti dəfə bu hissəyə daxil olarkən həmin səhifələrin asanlıqla tapılmasını və ya istifadəyə hazır olmasını təmin etmək mümkün olur.
- Hər dəfə kuki göndərildikdə istifadəçi mobil telefon, kompüter, və s. tərəfindən xəbərdar edilməyi və ya bütün kukiləri deaktiv etməyi seçə bilər. İstifadəçi kukilərdən istifadə olunmasını qəbul etmədikdə, veb saytı tərk etməli və ya kuki seçimlərini dəyişdirməlidir. Əksər brauzerlər kukiləri bloklamağa və silməyə imkan verir. Amma kukilərin qəbul edilməməsi xidmətlərin dəqiq və ya veb-saytdakı bəzi funksiyaların həyata keçirilməməsinə əsas verə bilər.
- Məlumatlardan istifadə
- Əldə edilən məlumatlardan aşağıdakı məqsədlər üçün istifadə edilir:
- Proqramlarda iştirakla bağlı istifadəçi ilə əlaqə saxlanılması və ya proqramlar haqqında məlumat verilməsi;
- İstifadəçinin elektron hesablarının yaradılması və idarə edilməsi;
- İstifadəçini maraqlandıra biləcək cari və gələcək proqramlar, tədbirlər, xəbərlər, Şirkət tərəfindən təqdim edilən yeniliklər barədə onunla əlaqə saxlanılması;
- Xidmətlərin müəyyən sahələrinə, funksiyalarına və xüsusiyyətlərinə müvafiq girişin təmin edilməsi;
- Satın alınan xidmətlər üçün maliyyə məlumatlarının və digər ödəniş üsullarının istifadəçinin sifariş etdiyi xidmətin yerinə yetirilməsi üçün istifadə edilməsi;
- Şirkətin istifadəçinin nüfuzuna xələl gətirməyən reklam və marketinq fəaliyyətinin həyata keçirilməsi;
- Zərurət yaranarsa, dövlət orqanlarına dəstək göstərilməsi;
- Həm daxili, həm də üçüncü tərəflər vasitəsilə məxfi şəkildə statistik təhlillərin, bazar araşdırmalarının aparılması və tərtib edilməsi;
- Hüquqazidd əməllər, dələduzluq və digər cinayətkarlıq fəaliyyətlərinin qarşısının alınması;
- IP ünvanınından – İstifadəçi sayta daxil olarkən Şirkətin veb-saytının idarə edilməsi, optimallaşdırılması və veb-saytla bağlı problemlərin diaqnostikasının həyata keçirilməsi üçün istifadəçinin müəyyən edilməsi və haqqında geniş məlumat toplanması;
- Veb-sayta baxış fəaliyyətinin müxtəlif brauzer və ya müxtəlif cihaz və ya proqramlarda izlənilməsi. Məsələn, istifadəçi daxil olduğu zaman, mobil cihazındakı baxış fəaliyyəti komputerindəki baxış fəaliyyəti ilə uyğunlaşdırıla bilər.
- Məlumatların açıqlanması
- Aşağıda göstərilən hallar istisna olmaqla, məlumatlar açıqlanmır:
- Xidmətlərin həyata keçirilməsi məqsədilə məlumatların üçüncü şəxslərə ötürülməsi. Bu şəxslərin dairəsinə daxildir: İT və əlaqəli xidmətlər göstərən şəxslər; biznes tərəfdaşları, bank və ya ödəniş ilə əlaqədar xidmətlər göstərən şəxslər; xidmətlərin təmin edilməsini və optimallaşdırılmasını dəstəkləmək üçün fəaliyyət göstərən digər şəxslər.
- Hüquq-mühafizə və səlahiyyətli dövlət orqanlarının sorğusuna əsasən cinayət əməli və ya hüquqazidd əməlin qarşısının alınması məqsədilə məlumatların təqdim edilməsi.
- 18 yaşından kiçik istifadəçilərlə bağlı
- 18 yaşından kiçik istifadəçilər veb-saytı nəzərdən keçirmək imkanına malik olsalar da, valideynin və ya qəyyumun razılığı olmadan dərslərə, kurslara və ya proqramlara (birlikdə “Proqramlar”) qeydiyyatdan keçə, veb-saytdakı hər hansı təkliflərdə iştirak edə və ya hər hansı şəxsi müəyyən edə bilən məlumatları açıqlaya bilməzlər.
- Əgər valideyni və ya qəyyumu yetkinlik yaşına çatmayan şəxsin şəxsiyyətini müəyyən edən məlumatlarının açıqlandığını aşkar edərsə, bu halda həmin məlumatların silinməsi üçün müvafiq email vasitəsilə Şirkətlə əlaqə saxlamalıdır.
- 18 yaşına çatmayan şəxslə bağlı məlumatlar Şirkət tərəfindən aşkar edilərsə, bu halda Şirkət valideynin razılığını almadan həmin məlumatlar silmək hüququna malikdir.
- Digər saytlara keçid
- Məlumat və ya hər hansı əməliyyatın icrası (ödəniş və s.) üçün digər veb-saytlara keçidlər təqdim edilə bilər. Həmin saytlar müstəqil fəaliyyət göstərir və Şirkətin nəzarəti altında hesab edilmir. Həmin veb-saytların öz məxfilik siyasəti və ya istifadə şərtləri olduğu üçün istifadəçi tərəfindən həmin qayda və şərtlər nəzərdən keçirilməlidir. Şirkət həmin qayda və şərtlərin məzmununa görə məsuliyyət daşımır.
- Razılıq
- İstifadəçi veb-saytdan istifadə etməklə, bu Məxfilik Siyasətində təsvir olunan məlumatların toplanması və istifadəsinə, habelə bu Siyasətin 5-ci maddəsində göstərilən qaydada açıqlanmasına (ötürülməsinə) razılıq verir.
- İstifadəçi 5-ci maddənin 1-ci bəndində göstərilən şəxslərin xarici fiziki və ya hüquqi şəxslər ola bilmə halını nəzərə alaraq müvafiq məlumatların xarici ölkələrə ötürülməsini də qəbul edir.
- İstifadəçi istənilən vaxt bu razılığı geri götürə və aşağıda göstərildiyi qaydada Şirkətlə əlaqə saxlayaraq sonrakı istifadə və ya emalın qarşısını ala bilər. Lakin bu razılığın geri götürülməsi bu Siyasətin 5-ci bəndinin 2-ci bəndində göstərilən hallara şamil edilmir.
- Məxfilik Siyasətinə əlavə və dəyişikliklər
- Məxfilik Siyasətinə edilən hər hansı əlavə və ya dəyişikliklər veb-saytda yerləşdiriləcəkdir.
- Əlavə və ya dəyişiklikdə başqa hal nəzərdə tutulmayıbsa, onlar dərc edildikdən dərhal sonra qüvvəyə minir.
- Mübahisələr
- Bu Siyasətlə əlaqədar məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
- Bu Siyasətdən irəli gələn bütün mübahisələrə aidiyyatı üzrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaqdır.
- Bildirişlər. İmtina
- İstifadəçi elektron poçt ünvanını təqdim etməklə razılıq verir ki, xidmətlər barədə bildirişlər əldə edəcəkdir.
- İsitfadəçi elektron poçt vasitəsilə bildirişlər almaq istəmədikdə, bu Siyasətdə göstərilən əlaqə məlumatlarına əsasən sorğu göndərməklə imtina edə bilər.
- İnformasiya təhlükəsizliyi
- İstifadəçi ona məxsus veb-sayta giriş üsullarını (elektron poçt ünvanı, şifrə və s.) gizli saxlamalıdır.
- 12.1-ci bənddə göstərilən məlumatların istifadəçi tərəfindən üçüncü şəxslərə ötürülməsi, veb-saytdan istifadə zamanı üçüncü şəxslərin müdaxiləsi, proqram təminatının nasazlığı və ya istifadənin keyfiyyətinə, formasına görə Şirkət hər hansı məsuliyyət daşımır.
- Şirkət tərəfindən əldə edilən hər bir məlumat təhlükəsizlik serverləri vasitəsilə müdafiə edilir. Şirkət bu məlumatların bu Siyasətdə göstərilən hallardan başqa yayılmasına və ya açıqlanmasına qarşı bütün mümkün tədbirləri görür. Bununla yanaşı, Şirkət məlumatın ələ keçirilməsinə, mənimsənilməsinə, sui-istifadəsinə, dəyişdirilməsinə və ya məlumatın təsadüfi hallar və ya başqalarının icazəsiz hərəkətləri nəticəsində açıqlanmasına və ya əldə edilməsinə zəmanət vermir.
- Yığılmış məlumatların məhv edilməsi
- İstifadəçi xidmətlərdən istifadə etdikdən sonra məlumatların silinməsini Şirkətdən tələb edə bilər. Bunun üçün o, Şirkət tərəfindən məlumat məqsədli yaradılmış elektron poçt ünvanına müraciət etməlidir.
- Müraciətdən sonra Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası qanunun 9.4-cü maddəsi çərçivəsində istifadəçiyə aid bütün fərdi məlumatlar Şirkətə aid serverlərdən silinəcəkdir.
- Hüquqi tələblər əsasında bəzi məlumatlar, həmin məlumatların saxlanmasına dair zərurətin hələ də qüvvədə olması əsası ilə istifadəçinin müraciətindən sonra da silinməyə bilər.
- Şirkət istifadəçiyə aid fərdi məlumatların təhlüksizliyinə dair şübhə və qüsur yarandığı hallarda, fərdi məlumatların mühafizəsi üçün ağlabatan bütün zəruri və qabaqlayıcı tədbirləri həyata keçirəcəkdir.
Bu Məxfilik Siyasəti ilə bağlı hər hansı təklif, şikayət və ya sorğu olduğu təqdirdə, ______________ elektron poçtu vasitəsilə istifadəçi Şirkət ilə əlaqə saxlaya bilər.